Xalidin təqdimatında baş verənlər - fotolar

Xalidin təqdimatında baş verənlər -  fotolar
2212 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Əbdül Xalid media nümayəndələri ilə görüşüb.

Axşam.az-ın məlumatına görə, ifaçı “Can yoldaşım” adlı albomunu və “Ad günü” klipini təqdim edib.
 
Türkiyədə ərsəyə gələn diskdə xalq və bəstəkar mahnıları yer alıb. 

Sözləri Mələk Xəlil, musiqisi Bəbir və Ülviyyə Bəbirliyə məxsus “Ad günü” mahnısına rejissor Sənan Vəliyev ekran həyatı verib. Klipin ideya müəllifi aparıcı Samir Bayramlıdır.

Yenilikləri ilə bağlı xəbər verən Ə.Xalid təəssüratlarını bölüşüb:

“Təqdimatıma neçə ildir dostluq etdiyim əziz insanlar yığışıb. 7 ildir solo fəaliyyətə başlamışam. İlk albomumu sizlərə təqdim edirəm. Çox mahnım var idi. Emil Bədəlov həmişə mənə deyirdi ki, ən yaxşısı "mp3" burax. İnanıram ki, hər kəs mahnıları bəyənəcək".

Müğənni martın 15-də Mərdəkan Mədəniyyət Sarayında “Qarabağım” adlı xeyriyyə məqsədli konsert verəcəyini də deyib. Novruz bayramı ərəfəsində təşkil olunan gecədə Xalidlə yanaşı sənət dostlarının da çıxışı gözlənilir.

Foto: Ramin ASLANOV