"Artıq ürəyim başqa hiss yaşayır" - Tuba Büyüküstün

"Artıq ürəyim başqa hiss yaşayır" - Tuba Büyüküstün
7985 dəfə oxunub
  • A-
  • A
  • A+
“Marie Claire Arabia” jurnalının mart sayı üçün obyektivlər qarşısına keçən türkiyəli aktrisa Tuba Büyüküstün dərgiyə müsahibə verib.

Axşam.az-ın məlumatına görə, aktrisa yaradıcılığından, şəxsi həyatından və gözəllik sirlərindən bəhs edib. Müsahibəni ixtisarla təqdim edirik:

- Aktrisalıqdan əvvəlki xəyalınız nə idi?

- Bir çox peşəni sevirdim, amma hər hansı birini seçə bilmirdim. Hətta genetika mütəxəssisi olmaq istəmişəm.

- Kinoda ilham mənbəyiniz nədir?

- Mən səhnə dizaynı ixtisası üzrə təhsil almışam. Çox sevdiyim ixtisasdır. Təhsil alarkən insanın ətrafa olan münasibəti, dünyagörüşü dəyişir, genişlənir. Hər addımdan bir anı xüsusi sevirsən. Kino da anlardan ibarət bir sahədir.

- Yaratdığınız obrazların sizə təsiri var?

- Həm var, həm yox.

- Hansı rolda çəkilmək istərdiniz?

- Reallığına inandığım və ssenarisi ilə həyəcanıma səbəb olan hər rolu oynayaram.

- Qadını nə gözəlləşdirir?

- Hər bir qadın əvəzsizdir. Onu gözəlləşdirən özünü dərk etməsidir, məncə.

- Kişidə sizi cəlb edən nədir?

- Bu suala cavab vermək üçün qocalmışam. Ərə getdim və uşaqlarım var artıq.

- Xoşbəxtliyin sirri nədir?

- Özünü tapmaq.

- Boş vaxtlarınızda ailənizlə necə vaxt keçirirsiniz?

- İşləmirəmsə, qızlarım Maya və Torpağı götürüb səhər yeməyinə çıxıram, dəniz kənarında gəzirik. Həyat yoldaşım Onurun işi olmayanda o da bizə qoşulur. Boş vaxtımın çoxunu qızlarıma ayırmağa çalışıram.

- Planlarınız?

- Gələcəklə bağlı plan quran biri deyiləm. Nə olacağını yaşayıb görərik.

- Gözəllik sirriniz?

- Hər hansı sirrim yoxdur. Heç idman belə etmirəm. Dəbi sevirəm, amma izləmirəm. Geyindiyim libaslarda özümü rahat hiss etməyim mənim üçün birinci şərtdir.

- Ən sevimli aksesuarınız?

- Şlyapalar.

- Hobbiniz nədir?

- Dizayn və rəsm çəkməklə məşğul olmaq. Artıq beynim başqa cür işləyir, ürəyim başqa hiss yaşayır.

- Əkizlərinizi dayə olmadan böyütmək sizə çətinlik yaratmadı ki?

- Ana olmaq qadına bəxş edilmiş ən böyük hədiyyədir. Uşaq dünyaya gətirmək istəyən biri üçün onu böyütməyin çətin olmadığını düşünürəm. Hamilə olarkən şüuraltı şəkildə artıq özünüzü buna hazırlayırsınız. Əlbəttə, həyatınızda bir çox şey dəyişir. Beyniniz fərqli işləyir, ürəyiniz başqa cür hiss edir. Uşaqlarımla birlikdə böyümək çox xoşdur. Qızlarımın indi 3 yaşı var. Bu yaşa qədər onlara yalnız bir neçə dəfə dayə baxıb.