"Mənə müğənninin yeni mahnısı yox, açıq-saçıq fotosu maraqlıdır"

"Mənə müğənninin yeni mahnısı yox, açıq-saçıq fotosu maraqlıdır"
5572 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyədə yaşayan azərbaycanlı müğənni Aygün Miyak İsmayılova Novruz bayramı münasibətiylə Bakıya gəlib.

Axşam.az-ın məlumatına görə, sənətçi "Günəbaxan" verilişinin qonağı olub. Aygün həmkarlarından, açıq-saçıq fotolardan danışıb:

"Türkiyədə yaxınlarım deyir ki, "Google"da Aygün İsmayılova yazırıq, başqa müğənnilərin, övladlarının açıq-saçıq fotoları çıxır. Müasir dövrdə ifaçının sənəti yox, cəlbedici fotoları maraq cəlb edir. Mən də etiraf edirəm: müğənni yox, tamaşaçı kimi internetə girəndə filan "Sənətçidən açıq-saçıq şəkillər" başlıqlı yazılara baxıram. Müğənnidən yeni mahnı adlı məqaləni oxumuram, məni maraqlandırmır. İfaçının açıq fotoları daha çox diqqətimi çəkir".