Kayahanın vəziyyəti pisləşdi

Kayahanın vəziyyəti pisləşdi
4724 dəfə oxunub
  • A-
  • A
  • A+
Xərçəng xəstəliyindən əziyyət çəkən müğənni Kayahan səhhəti pisləşdiyindən reanimasiyaya yerləşdirilib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən gün həyat yoldaşı İpək Acar tərəfindən xəstəxanaya aparılan sənətçinin vəziyyəti ağırlaşıb.

İ.Acar sosial şəbəkədə martın 29-da 66 yaşı qeyd ediləcək Kayahanın tezliklə sağalacağına ümid etdiyini yazıb:

“Sevginiz, dualarınız, gözəl diləkləriniz üçün və mənə dəstək olduğunuza görə təşəkkürlər! Hər şey daha yaxşı olacaq, inşallah”.