Ərindən danışan Selin Dion göz yaşlarını saxlaya bilmədi

Ərindən danışan Selin Dion göz yaşlarını saxlaya bilmədi
2427 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünya şöhrətli müğənni Selin Dion qonağı olduğu televiziya verilişlərinin birində xərçəng xəstəliyindən əziyyət çəkən 73 yaşlı həyat yoldaşı Rene Ancelildən danışarkən göz yaşlarını saxlaya bilməyib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, sənətçi ürək ağrısı ilə ərinə bir boru vasitəsilə yemək verdiyini bildirib:

"Yemək yeyə bilmir, bu səbəbdən ona mən qulluq edirəm. Ərimin bir qida borusu var və gündə üç dəfə ona o boru vasitəsilə yemək verirəm".

Həyat yoldaşının xəstəliyi səbəbindən bütün konsertlərindən imtina edən S.Dion "Özümü, varlığımı və enerjimi ərimin yaxşılaşmasına həsr etmək istədim. Bu müddət ərzində onunla və uşaqlarımızla vaxt keçirmək çox əhəmiyyətli idi" deyib.

Qeyd edək ki, Selin Dionla Rene Ancelil 1994-cü ildə ailə qurublar. Cütlüyün Çarlz adlı 17 yaşlı oğlu, Eddi və Nelson adlı 4 yaşlı əkizləri var.