Havanın hərarəti yüksələcək

Havanın hərarəti yüksələcək
1816 dəfə oxunub
  • A-
  • A
  • A+

Martın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək.

Axşam.az-ın məlumatına görə, Bakıda gecə 4-6° isti, gündüz 13-15° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 50-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti:

Əsasən yağmursuz. Bəzi yerlərdə duman. Lakin gecə və səhər bəzi şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək Havanın temperaturu gecə 3-8° isti, gündüz 11-16°, bəzi yerlərdə 18°-dək isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.