Natavan prodüserindən ayrılıb

Natavan prodüserindən ayrılıb
3296 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Natavan Həbibi prodüseri Roland Bayramovla işbirliyinə son qoyub. 

Axşam.az-ın məlumatına görə, ifaçı bu haqda "Solo" verilişində xəbər verib:

"Hər dəfə yeni layihə olanda bir prodüser dəvət edirəm. Bu dəfə iki layihəm var idi, Rolandı dəvət etdim, işi bitdi getdi. Gələcəkdə mənə lazım olsa, yenə də işə geri çağıraram".
 
N.Həbibi kinli olduğunu da etiraf edib:

"Bir insan yanımda yoxdursa, demək, onda nəsə görmüşəm və həyatımdan silmişəm. Bir gün içində insandan üz döndərə, onu unuda bilərəm. Bu qədər qəddar olduğumu özüm də bilmirdim. Buna baxmayaraq, qəlbimi qırmaq da asandır. Amma mən onun acısını çəkmirəm. Məni incidən insanı heç vaxt bağışlamıram".