“Hitler 95 yaşına qədər Braziliyada yaşayıb”

“Hitler 95 yaşına qədər Braziliyada yaşayıb”
5077 dəfə oxunub
  • A-
  • A
  • A+
Argentinalı arxeoloqlar nasistlərə aid sığınacaq tapıblar.

Axşam.az NTV-yə istinadən xəbər verir ki, Buenos Ayres Universitetinin arxeoloqları Teyu Cuare parkında fərqli daşlardan tikilmiş evlərə rast gəliblər.

Arxeoloqlar tikililərin nasistlərə aid olduğunu və uzun müddət onların burada gizləndiklərini, aralarında Hitlerin də ola biləcəyini istisna etmirlər.

Tapıntılar arasında II Dünya müharibəsi vaxtına aid əskinaslar və Almaniyada istehsal olunan boşqablara rast gəlinib.

Qeyd edək ki, bir müddət əvvəl araşdırmaçı Simoni Reni Querreiro Dias “Hitler in Brazil” kitabında Hitlerin müharibədən sonra Argentina üzərindən Paraqvaya, oradan da Braziliyaya qaçdığını və 95 yaşına qədər burada yaşadığını yazmışdı.