İtaliya seksual xarakterli afişaları qadağan etdi

İtaliya seksual xarakterli afişaları qadağan etdi
885 dəfə oxunub
  • A-
  • A
  • A+
İtaliyanın paytaxtı Roma şəhərinin meri İqnazio Marino “qadın bədənini obyekt kimi istifadə edən seksist reklam afişaları”nı qadağan edib.

Axşam.az BBC-yə istinadən xəbər verir ki, şəhər meri Qadınlar birliyinin tədbirində bundan sonra ölkədə qadın bədənini ticarətlə əlaqələndirərək istismar etməyə icazə verilməyəcəyini açıqlayıb:

“Qadağa zorakılıq çağırışı edən, gender bərabərliyi və azadlıqları pozan hər kəsə şamil olunacaq. Reklam yerləri ancaq bu qaydalara riayət edənlərə satılacaq”.

Şəhər icra hakimiyyətinin saytında reklamlarda istifadə olunan dilin də gözdən keçiriləcəyi və seksual xarakterli ifadələrə yer verilməyəcəyi bildirilib.

Ölkənin digər şəhərlərində də qadın bədənini alçaldan reklamların qadağan olunması təklif edilib.