Günayın 13 yaşlı duet ortağı - video+fotolar

Günayın 13 yaşlı duet ortağı -  video+fotolar
2762 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bu mənəm-2” layihəsinin budəfəki iştirakçıları müğənni Günay İbrahimli və 13 yaşlı Məhəmməd Xankişiyev olub.

Axşam.az-ın məlumatına görə, sənətçi balaca duet ortağı ilə "Yuxu" mahnısını ifa edib. M.Xankişiyev "Bənövşə" uşaq xorunun solistidir.
 
Layihənin rəhbərləri Bəbir və Ülviyyə Bəbirlilər sözügedən mahnının musiqi müəllifidir. Sözləri isə Ruhiyyə Rüstəmovaya məxsusdur.

Xatırladaq ki, “Bu mənəm-2” layihəsi istedadlı uşaqlara dəstək məqsədi ilə təşkil edilib. Bu müddətdə layihəyə əməkdar artist Tüznalə Ağayeva, Lalə Məmmədova, müğənni Eldar Qasımov, Samira Allahverdi, Zamiq Hüseynov, Əbdül Xalidvə başqaları qatılıb.