Elnarə Kubatla konsert verib - fotolar

Elnarə Kubatla konsert verib -  fotolar
2295 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Elnarə Xəlilova TRT Avaz tərəfindən telekanalın 6 illiyi və Novruz bayramı münasibətiylə təşkil olunan konsert proqramında çıxış edib.

Axşam.az-ın məlumatına görə, məşhur "Enbe Orkestri"nin müşayiəti ilə keçirilən mərasimdə E.Xəlilova səhnəni türkiyəli ifaçı Kubatla bölüşüb.

Konsertdən əvvəl TRT Avaza müsahibə verən həmyerlimiz Novruz adət-ənənələrindən, şirniyyatlarından danışıb. Səhnəyə “Laçın” mahnısı ilə çıxan Elnarə “Cənnətim Qarabağ” və “Novruz” mahnılarını ifa edib.

Əvvəlcə konsertdə “Sarı gəlin”i də oxumağı planlaşdıran sənətçi sonradan fikrindən daşınıb:

“Əslində konsertdə yalnız xalq mahnıları ifa etməyi düşünürdüm. Təəssüf ki, bir çox xalq mahnımız nota köçürülməyib. "Enbe Orkestri" isə mahnını notla məşq etməli idi. Kubatın sonuncu albomunda “Sarı gəlin” mahnısı olduğu üçün onun oxuması məsləhət görüldü. Konsertə dəvət olunduğum üçün TRT-nin Bakı təmsilçiliyinin rəhbəri Yıldıray Arslana təşəkkür edirəm”.

Konsertin sonunda "Enbe Orkestri"nin rəhbəri Behzat Gerçeker Elnarə ilə işbirliyindən böyük zövq aldığını bildirib. Konsertdə TRT Avaz kanalının Türk Dünyasının birliyini əks etdirən “Avaz” adlı mahnıya çəkilən tanıtım videosunun ilk nümayişi də olub. Hər bir türk xalqını təmsil edən müğənninin  yer aldığı layihədə Azərbaycanı Elnarə təmsil edib.