Qadınlar ilin 26 günü bəzənirlər

Qadınlar ilin 26 günü bəzənirlər
2691 dəfə oxunub
  • A-
  • A
  • A+
Amerikada aparılan araşdırmaya görə, qadınlar ilin 627 saatını, yəni 26 gününü bəzənməyə sərf edirlər.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, iki min qadının qatıldığı sorğuda il ərzində xanımların 627 saat 28 dəqiqəsini gözəl görünməyə - yəni makiyaj, sauna, saçlarını boyama, manikür kimi prosedurlara ayırdıqları məlum olub.

Həftə ərzində isə 12 saat 4 dəqiqə gözəlləşməyə, 50 dəqiqə paltar seçməyə, ləkəli və solğun cildlərinin korreksiyasına, 57 dəqiqə saçlarına sərf etdikləri ortaya çıxıb.

Sorğuya qatılan hər 10 qadından 9-u bədən quruluşundan məmnun olmadığını deyib.