Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu
1820 dəfə oxunub
  • A-
  • A
  • A+

Martın 27-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Axşam.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosuna istinadən xəbərinə görə, mülayim cənub küləyi əsəcəyi, axşam buludların artacağı gözlənilir. Gecə 5-7, gündüz 11-16 dərəcə isti olacaq. 

Bölgələrdə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Aran rayonlarında gecə 4-8, gündüz 11-16 dərəcə isti, bəzi yerlərdə 19 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacağı ehtimal olunur.