Siqaret çəkən və çəkməyən anaların uşaqları arasındakı fərq

Siqaret çəkən və çəkməyən anaların uşaqları arasındakı fərq
4876 dəfə oxunub
  • A-
  • A
  • A+
Siqaret çəkən və çəkməyən anaların bətnindəki uşaqlar arasında fərq ultrasəs müayinəsi ilə ortaya çıxıb.

Axşam.az “Dailymail”ə istinadən xəbər verir ki, siqaret çəkən anaların uşaqlarının ağız və burunlarına daha çox toxunduqları, bununla da inkişaflarına mane olduqları bəlli olub.

Siqaret çəkməyən anaların övladları isə üzlərinə daha az toxunurlar.

Araşdırmaçılar yayımladıqları görüntülərin hamiləlikdə siqaret çəkənlərin bir müddətlik də olsa, bu vərdişlərindən əl çəkəcəklərinə ümid edirlər.

Aşağıdakı fotoşəkildə 32 həftəlik 2 uşağın ultrasəs görüntüləri yer alıb.

Üstdəki körpə siqaret çəkən, altdakı isə siqaret çəkməyən ananın ultrasəs fotolarıdır: