"Bu şəhərdə" bizim rəqibimiz deyil" - Tahir İmanov

"Bu şəhərdə" bizim rəqibimiz deyil" -  Tahir İmanov
6378 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist, "Planeta Parni iz Bakı" KVN teatrının rəhbəri Tahir İmanov gənc yumor ustalarından danışıb.

Axşam.az-ın məlumatına görə, "Səbəbkar" verilişinə açıqlama verən aktyor "Bu şəhərdə"ni özlərinə rəqib görmədiyini deyib:

"Bu gün korifey sənətkarların iştirak etdiyi köhnə tamaşalara gülürəm. Bizim bu sahədə böyük keçmişimiz olub. Səhnədə olarkən Bəhramla Cabirin (aktyor Bəhram Bağırzadə və Cabir İmanov - red.) improvizələrinə gülürəm. Bizim aramızda fərq yoxdur. Aleksandr Vasilyeviç Maslyakovun məktəbini keçmişik. Biz KVN məktəbi bitirmişik, indiyənə kimi də bu prinsiplərlə çalışırıq: mənalı zarafatlardan, yumordan, satiradan istifadə edirik. Bu gün verilişlərdə bayağı yumora çox üstünlük verirlər. Yeni komandaların bizim qədər tamaşaçını ələ alması üçün onlara mərhum Anar Məmmədxanov kimi rəhbər, Bəhram Bağırzadə kimi "frontmen" - əsas aktyor lazımdır. KVN komandasının vizit-kartı Bəhram Bağırzadədir. 
"Bu şəhərdə" bizim rəqibimiz deyil. Bizim rəqiblərimiz Moskvada qalıb. Əvvəl konsertlərinə getmişəm, son zamanlar yox".

T.İmanovun açıqlamasına videonun 8-ci dəqiqəsindən sonra baxa bilərsiniz.