Sabah əsl yaz havası olacaq

Sabah əsl yaz havası olacaq
1635 dəfə oxunub
  • A-
  • A
  • A+

Sabah ölkə ərazisində mülayim yaz havasının olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Axşam.az-a verilən məlumata görə, martın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər saatlarında yarımadanın bəzi yerlərində zəif duman olacaq, cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-9, gündüz 10-15 dərəcə olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, mülayim-şərq küləyinin əsəcəyi gözlənilir. Axşam saatlarında isə bəzi şimal və şərq rayonlarında yağıntının düşmə ehtimalı var.

Ölkənin Aran rayonlarında havanın temperaturu gecə 3-8, gündüz 11-16 dərəcə isti, bəzi yerlərdə 18 dərəcəyədək, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.