Siqaret qadağaları çəkənlərin sayını azaldırmı? – araşdırma

Siqaret qadağaları çəkənlərin sayını azaldırmı? – araşdırma
1349 dəfə oxunub
  • A-
  • A
  • A+

Avstraliya və İngiltərə siqaret qadağaları barədə dünyanın ən sərt ölkələrindəndir.

Axşam.az BBC-ə istinadən xəbər verir ki, bu ölkələrdə ictimai yerlərdə siqaret çəkmək olmaz. Həmçinin qutular üzərində sərt xəbərdarlıqlar mövcuddur və mağazalarda tütün məhsullarını vitrində görünən yerə qoymaq qadağası var.

Ötən ay isə İngiltərədə uşaqların olduğu avtomobillərdə siqaret çəkmək qadağan edilib. Avropanın bəzi ölkələrində isə meydanlarda və parklarda siqareti qadağan etməyə çalışırlar. Belə getsə, sadəcə evdə siqaret çəkmək mümkün olacaq. Amma siqaretlə mübarizə aparan “Forest” adlı lobbi qrupu evlərə də növbənin çatacağı qənaətindədir.

Bəs bütün bu qadağalar siqaret çəkmə faizinə nə qədər təsir edib?

1990-cı illərin ortalarında insanların 27 faizi siqaret çəkirdisə, 2013-cü ildə bu göstərici 19 faizə qədər düşüb. 1970-ci illərin ortalarında isə insanların 45 faizi siqaret çəkirdi.

Bu rəqəmlər təbliğatın və qadağaların işə yaradığını göstərir. Siqaret çəkənlərin sayı o qədər çox idi ki, risklər haqqında sübutlar artdıqca, tərgidənlərin sayı da sürətli şəkildə artdı. Yerdə qalanlar isə siqaretdən ciddi şəkildə asılı olan adamlardır.

Siqaret istehlakını minimuma salmaq üçün mütəxəssislər qanunların daha da sərtləşdirilməsinə çalışırlar.

Hazırda aparılan tədbirlər daha çox passiv siqaret çəkənlərin sayını azaltmağa yönəlib. Stirlinq Universiteti tərəfindən 2011-ci ildə aparılan araşdırmaya görə siqaret çəkənlərin azalmasının əsas səbəbi məhz ictimai yerlərdə qoyulan qadağalardır.

Əsas məqsədlərdən biri də insanların siqaretə başlamasının qarşısını almaqdır. 1970-ci illərdən bu yana heç siqaret çəkməyənlərin göstəricisi 37 faizdən, 58 faizə yüksəlib. Son illərdə uşaqları siqaretə başlamaqdan yayındırmaqda xüsusilə irəliləyiş hiss olunur.