Sabah Azərbaycanda yay vaxtına keçiləcək

Sabah Azərbaycanda yay vaxtına keçiləcək
2471 dəfə oxunub
  • A-
  • A
  • A+

Martın 29-da Azərbaycan Respublikasında yay vaxtına keçiləcək.

Axşam.az-ın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə istinadən xəbərinə görə, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il qərarına əsasən hər il martın son bazar günü saat 04.00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir.

Qeyd edək ki, hər il oktyabrın son bazar günü isə saat 05.00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.

Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.