"Sevəndə çox zəif oluram" - Xumar Qədimova

"Sevəndə çox zəif oluram" -  Xumar Qədimova
2605 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Xumar Qədimova şou-biznesdəki dostluqlardan danışıb.

Axşam.az-ın məlumatına görə, "ATV Maqazin"ə açıqlama verən ifaçı onları saxtakarlıqda günahlandırıb:

"Saxta dostlardansa, heç olmaması yaxşıdır. Az, amma dürüst olan öz ətrafım gözəldir. Elə olub ki, məclisə dəvət almışam, eyni masada oturmuşuq, bir-birinin qeybətini qırıblar. Onları dəvət edənin belə arxasınca danışıblar. Belələrini məclisinə çağıran da onların tayıdır. Cüzi bir narazıçılıqdan belə əhvalım pozula bilər. Ona görə hamıdan kənaram. Soyuq münasibət göstərməsəydim hamısı yanıma qaçardı".
 
X.Qədimova sevgidən də danışıb: 

"Mən bir insana ya tam bağlanıram, ya da heç istəmirəm. Sevəndə çox zəif oluram. Kaprizli Xumardan əsər-əlamət qalmır. Bir şüarim var: ya hər şey, ya heç nə. Vurulanda bütün varlığımla sevirəm. İnsan yarımçıq necə sevə bilər ki? Amma gözləyirəm qarşı tərəf məni axtarsın, zəng etsin. Məni pis öyrədiblər. Allah eləsin hər zaman belə olum".