25 yaşlı xanımına Türkiyənin ən bahalı evini aldı - fotolar

25 yaşlı xanımına Türkiyənin ən bahalı evini aldı - fotolar
7516 dəfə oxunub
  • A-
  • A
  • A+
Qətər əmiri Şeyx Tamim bin Hamed əl-Sani 25 yaşı olan ikinci həyat yoldaşı, kraliça Anouda Türkiyənin ən bahalı evini bağışlayıb.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, İstanbulda yerləşən və 1880-ci illərdə tikilən Şahzadə Bürhanəddin Əfəndi Sarayı əmirə rekord məbləğə - 100 milyon avroya satılıb.

Martın 12-də Türkiyəyə səfər edən və prezident Rəcəb Tayyib Ərdoğanla görüşən Şeyx Tamim bu əsnada xanımı Anoudu İstanbulla tanış edir. Bu zaman sahildə yerləşən mülkü görən Qətər kraliçası evi almaq istəyir.

1985-ci ildə sarayı alan ERG İnşaat’ın sahibi Erbilginler mülkün adını “Erbilgin Yalısı” qoyur. 5 min 800 kvadrat metr ərazidə yerləşən sarayın 64 otağı və 2 ayrı binası var. Bu mülk dünyanın ən bahalı evləri siyahısında 4-cü yerdədir.

Rəsmi sənədlərdə evin sahibi kimi kraliçanın atası, qətərli iş adamı Əl-Həcri göstərilsə də, əslində evi Şeyx Tamim alıb.

Qeyd edək ki, 1990-cı il təvəllüdlü Anoud Qətər əmiri ilə 2009-cu ildə ailə qurub. Cütlüyün Nayla, Abdullah, Rodha adlı 3 uşağı var.