Ərinin istəyi ilə saqqal saxlayır - fotolar

Ərinin istəyi ilə saqqal saxlayır - fotolar
6781 dəfə oxunub
  • A-
  • A
  • A+
Hormonal pozuntular səbəbindən illərlə üzünü qırxmaq məcburiyyətində qalan amerikalı Annalize Heklmanın həyat yoldaşı Devid onu depressiyadan xilas etməyin yolunu tapıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Devid arvadından bundan sonra saqqal saxlamağı tələb edib. 13 yaşından etibarən bu problemlə rastlaşan Annalize yaşıdlarının və ətrafdakıların lağ obyektinə çevrildiyindən dərsə belə getmək istəmirmiş.

Bundan xilas olmaq üçün gündə iki dəfə üzünü qırxan A.Heklman Devidlə tanış olduqdan sonra gözlədiyinin əksi ilə qarşılaşıb. Əri saqqalını ona qüsur tutmaq əvəzinə, uzatmağı məsləhət görüb və onu olduğu kimi qəbul edib.

“Devid mənə çox dəstək olur və məni olduğum kimi qəbul edir. Fikirləşmirəm ki, saqqalım onun xoşuna gəlir, amma o, məni sevir. Bu ən vacibidir”, - deyə Annalize bildirib. Qeyd edək ki, Annalize ilə Devid 5 ildir ailəlidir.