3 uşaq anasının bikinili fotosu izlənilmə rekordu qırır

3 uşaq anasının bikinili fotosu izlənilmə rekordu qırır
5642 dəfə oxunub
  • A-
  • A
  • A+
Paylaşdığı bikinili fotosu ilə izlənilmə rekordu qıran amerikalı Reyçel Hollis açıqlamalarıyla da gündəmə gəlib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 3 uşaq anası olan qadın komplekssiz şəkildə deformasiyaya uğramış və büzüşmüş qarnını nümayiş etdirib. O, fotosu haqda yazıb:

“Dərim büzüşüb, amma bikini geyinirəm. 3 uşaq dünyaya gətirdiyim üçün bədənim artıq əvvəlki formasında olmayacaq. Lakin bununla qürur duyuram”.

Reyçelin bu addımı doğuşdan sonra bədənini gizlədən və bikini geyinməyən qadınlara nümunə göstərilərək izləyicilər tərəfindən alqışlanıb.