Çağladan sərt ismarış

Çağladan sərt ismarış
7939 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli model Çağla Şikəl İnstaqramda onu tənqid edən izləyicilərinə sərt cavab verib.

Axşam.az-ın "Hürriyət"ə istinadən xəbərinə görə, Çağla sosial şəbəkədə bunları yazıb: 

"Əvvəl İnstaqram səhifəm bağlı idi, hər kəs üçün açıq etdiyimə görə xoşbəxtəm. Böyük bir sevginin şahidi oldum. Amma bununla bərabər özəl həyatıma qarışanları da gördüm. Bildiyinizi də, bilmədiyinizi də danışırsınız. Bu haqqı hardan tapırsınız? Tənqidlə tərbiyəsizliyi qarışdırmayın. Nə yaxşı ki "blok" deyilən bir funksiya var. Nə geyindiyimə, dinimə, imanıma, sizin dediyiniz kimi üzümə etdirdiyim sillikonlara və həyatıma girəcək kişinin kimliyinə elə bil ki, siz qərar verəcəksiniz. Qışqıranlar, kin, nifrət dolu cümlələr yazanlar, uşaqlarımla fotolarıma nə gəldi deyənlər, məni sevməyənlər sizə sadəcə gülürəm".