12 yaşlı qız iPhone-a görə anasını öldürməyə çalışıb

12 yaşlı qız iPhone-a görə anasını öldürməyə çalışıb
3010 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ-ın Kolorado əyalətində yaşayan 12 yaşlı qız anasını onun iPhone telefonunu əlindən aldığına görə öldürməyə cəhd edib. 

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ana qızının onu öldürməyə çalışmağını səhər yeməyi vaxtı anlayıb. Belə ki, qız anasının çayına xlor qatıb.

Ana əvvəlcə stəkanın yaxşı yuyulmadığını düşünsə də, sonradan ona xlor qatıldığını anlayıb. Bundan başqa qızın yataq otağındakı su qabına da xlor əlavə etdiyi məlum olub. Vəziyyətdən narahat olan ana polisə xəbər verib.

Qeyd edək ki, ana müayinələrdən sonra xəstəxanadan evə buraxılıb, qızın isə nə cür cəzalandırılacağı hələ ki bəlli deyil.