Havanın temperaturu düşəcək

Havanın temperaturu düşəcək
1944 dəfə oxunub
  • A-
  • A
  • A+

Temperatur ötən günlərlə müqayisədə 7-8 dərəcə düşəcək.

Bu gündən etibarən Azərbaycan ərazisində hava şəraiti dəyişəcək, martın 31-i axşamadək qeyri-sabit hava müşahidə olunacaq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Axşam.az-a verilən məlumata görə, rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir.
 
Bakı və Abşeron yarımadasında da hava şəraiti qeyri-sabit keçəcək, arabir yağıntılı olacaq.
 
Havanın temperaturu ölkə ərazisində ötən günlərlə müqayisədə 7-8 dərəcə enəcək.
 
Hava şəraiti əsasən şimal və qərb rayonlarından pisləşməyə başlayacaq.