Onlar "Bəhlul"u hələ də unutmayıblar - fotolar

Onlar "Bəhlul"u hələ də unutmayıblar - fotolar
4218 dəfə oxunub
  • A-
  • A
  • A+

"Aşk-ı Memnu” serialındakı Bəhlul obrazı ilə ərəb ölkələrində çoxlu fanat qazanan Kıvanç Tatlıtuğ dünən sevgilisi Bazak Dizerlə Nişantaşında ərəb turistlərin diqqət mərkəzində olub.

Axşam.az-ın "Hürriyet"ə istinadən məlumatına görə, onlar aktyoru görüncə "Bəhlul" deyə qışqırıblar. Bir müddət heyranlarını qırmadan foto çəkmələrinə imkan verən Kıvanç sonra sevgilisi ilə taksiyə minərək məkandan uzaqlaşıb.

Qeyd edək ki, K.Tatlıtuğ "Aşk-ı Memnu"dan sonra "Kuzey Güney", "Kurt Seyit ilə Şura" seriallarında da baş rolda oynasa da, Orta Şərqli heyranları "Bəhlul"u hələ də unutmayıblar.