Respublika stadionunda evlilik təklifi - video

Respublika stadionunda evlilik təklifi - video
5407 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan və Malta milli komandaları arasında dünən keçirilən “Avro-2016”nın rəsmi oyunundan əvvəl Tofiq Bəhramov adına Respublika stadionunda maraqlı hadisə baş verib.

Axşam.az-ın qol.az-a istinadən xəbərinə görə, bu haqda “Qalatasaray”lı azarkeşlərin “ultrAslan” Azərbaycan Azad Azarkeş Qrupunun "Facebook" səhifəsində məlumat verilib.

Bildirilib ki, Fərid adlı azarkeş tribunada sevdiyi qıza evlilik təklifi edib. Daha sonra o, sevdiyin qızın barmağına nişan üzüyü taxıb.

Gənclərin bu addımı azarkeşlərin alqışları ilə qarşılanıb.

“Bizim də bu işdə azacıq əməyimiz olduğu üçün sevinirik. “Qalatasaray”lı dostlarımıza uzun ömür, ailə səadəti arzulayırıq” – deyə azarkeş qrupunun yaydığı məlumatda bildirilib.