Ancelina Coli və digər məşhurlar mükafatlandırmada - fotolar

Ancelina Coli və digər məşhurlar mükafatlandırmada - fotolar
3865 dəfə oxunub
  • A-
  • A
  • A+

Los-Ancelesdə 28-ci dəfə "Kids' Choice Awards" ("Uşaqların seçdiyi mükafatlar") tədbiri baş tutub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, mərasimdə şou-biznesin, film dünyasının ulduzları iştirak ediblər. Gecənin aparıcısı müğənni Nik Conas olub.

Qonaqlar arasında Cennifer Lopez, Kris Prett, Ceymi Foks, İqqi Azaliya, Cennifer Hadson, Bekhemlər ailəsinin üç üzvü - Romeo, Bruklin, Kruz və başqaları olub.
 
Aktrisa Ancelina Coli tədbirə uşaqları ilə qatılıb. O, "Malefisenta" filmindəki roluna görə aldığı mükafatı qızları ilə qeyd edib.

Sevimli film: "Aclıq oyunları" (2014)
Sevimli aktyor: Ben Stiller
Sevimli aktrisa: Emma Stoun
Sevimli animasiya filmi: "Qəhrəmanlar şəhəri"
Ekşn filmlərinin aktyoru və aktrisası: Liam Hemsvort və Cennifer Lourens
İlin serialı: "Ostin və Elli"
Ailəvi serial: "Amerika ailəsi"
Sevimli cizgi filmi: "Süngər Bob"
Sevimli musiqi qrupu: "One Direction"
Sevimli müğənnilər: Nik Conas və Selena Qomez
İlin mahnısı: "Bang bang" - Cessi Cey, Ariana Qrande, Niki Minaj
İlin yeni ifaçısı: "Fifth Harmony"
Sevimli kitab seriyası: "Diary of a Wimpy Kid"