Xanəndənin 75 illik yubileyi qeyd olunacaq

Xanəndənin 75 illik yubileyi qeyd olunacaq
888 dəfə oxunub
  • A-
  • A
  • A+

Aprelin 8-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti, xanəndə Canəli Əkbərovun 75 illik yubileyinə həsr olunan konsert keçiriləcək.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, Canəli Əkbərov müasir muğam ifaçılığının məşhur simalarındandır. Öz yaradıcılığında ustadları Seyid Şuşinskinin və Xan Şuşinskinin ənənələrinə sadiq qalan Canəli Əkbərovun ifa tərzi üçün dərin emosionallıq, səlis diksiya xasdır.

C.Əkbərov musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində alıb. O, 1965-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1976-cı ildən bu günə kimi isə Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir.

Xanəndə teatr səhnəsində muğam operalarında bir sıra yaddaqalan obrazları yaradıb.

C.Əkbərov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Muğam sənəti” kafedrasının müdiri vəzifəsində çalışır.