Tanınmış müğənninin ailəsində ağır itki

Tanınmış müğənninin ailəsində ağır itki
3224 dəfə oxunub
  • A-
  • A
  • A+
Rusiyanın tanınmış müğənnisi Sergey Lazarevin ailəsinə ağır itki üz verib.

Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, ifaçının 37 yaşlı qardaşı Pavel yol qəzası nəticəsində dünyasını dəyişib. Bir həftə əvvəl baş vermiş qəzada Pavel ağır travmalarla xəstəxanaya yerləşdirilmişdi. Lakin müğənninin qardaşının həyatını daxili qanaxmalar səbəbindən xilas etmək mümkün olmayıb.

S.Lazarev hadisəni səhnədə olarkən öyrənib və göz yaşlarını saxlaya bilməyib.

Sənətçi bütün tədbirləri, o cümlədən yeni albomunun buraxılışını və aprelin 1-də keçiriləcək ad günü mərasimini təxirə salıb.