Məşhur cütlük valideyn oldu - fotolar

Məşhur cütlük valideyn oldu - fotolar
5019 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur model Koko Roşa ilə dizayner həyat yoldaşı Ceyms Konranın qızı dünyaya gəlib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, cütlük bu haqda sosial şəbəkədə yazıb.

“Biz artıq 3 nəfərik. Qızımız Ayoni Ceyms Konran doğuldu”, - deyə dizayner səhifəsində qeyd edib.

Koko isə sevincini belə dilə gətirib:

“Biz Ceymslə çox xoşbəxtik. Sağlam və gözəl qızımız Ayoni dünyaya gəldi. Cütlük artıq qızlarının adına İnstaqram hesabı da açıb.

Qeyd edək ki, Koko Roşa ilə Ceyms Konran 2010-cu ildə ailə qurublar.