“Biznesmen”in təqdimat günü bəlli oldu

“Biznesmen”in təqdimat günü bəlli oldu
1415 dəfə oxunub
  • A-
  • A
  • A+

Nail Naiboğlunun rejissorluğu ilə lentə alınan “Biznesmen” filminin qala gecəsi aprelin 13-də baş tutacaq.

Axşam.az-ın məlumatına görə, Ramiz Abdullayevin eyniadlı əsəri əsasında lentə alınan ekran işində xalq artisti Arif Quliyev, aktrisa Xuraman Əlizadə, aktyor Natiq Fərzəliyev, aparıcı Anar Nəcəfli, Kamran Quliyev və başqaları rol alıb.

Təqdimat mərasimi Nizami Kino Mərkəzində baş tutacaq.

N.Naiboğlu qala gecəyə həmkarlarını dəvət etməyəcəyini bildirib:

“İstəyən bilet alıb, gəlib özü baxar”.

“Biznesmen”in prodüseri Pərviz Oktayoğludur. Film aprelin 14-dən etibarən şəhərin bütün kinoteatrlarında nümayiş olunacaq.