Oksana: "Ən çox 160 manat cərimə ödəmişəm" - fotolar

Oksana: "Ən çox 160 manat cərimə ödəmişəm" -  fotolar
3370 dəfə oxunub
  • A-
  • A
  • A+

Rəqqasə Oksana Rəsulova “Audi Q7” markalı avtomobili ilə fotokameramız qarşısına keçib.

Axşam.az-ın əməkdaşı ilə söhbətində sənətçi sürücülük qabiliyyətindən bəhs edib:

“2000-ci ildən avtomobil idarə edirəm. Düşünürəm ki, yaxşı sürücülərdən biriyəm. Qaydalara yeganə əməl etdiyim yer yoldur. Hərdən qaydaları pozduğum hallar da olub. Tələsəndə hərdən qoşa xətti tapdalayıram. Amma cəriməmi ödəmişəm. Bir dəfə maşınımda pərdə var idi, qadağan edildiyini bilmirdim. Polis saxladı və cəza tədbiq etdi. 160 manat cərimə ödədim. Təhlükəsizlik kəmərindən həmişə istifadə edirəm. Sürəti heç sevmirəm. Taksidə və ya dostumun maşınında gedəndə də tapşırıram: sürəti azalt, olmaz. 15 ildə bir neçə dəfə maşınımı dəyişmişəm. Son üç avtomobilimi kreditə almışam, hamısını da problemsiz ödəmişəm”.

Foto: Ramin ASLANOV