Nikita Mixalkov Bakıya gələcək

Nikita Mixalkov Bakıya gələcək
576 dəfə oxunub
  • A-
  • A
  • A+
Martın 31-də Rusiya Kinematoqrafçılar İttifaqının sədri və Rusiya Mədəniyyət Fondunun prezidenti, kinorejissor Nikita Mixalkov Bakıya səfərə gələcək.
 
Axşam.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, qısamüddətli səfər zamanı N. Mixalkov azərbaycanlı həmkarları ilə görüşəcək, ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında müzakirələr aparacaq.
 
Səfər çərçivəsində rejissorun gənc kinematoqrafçılar üçün ustad dərsi də təşkil olunacaq.
 
Qeyd edək ki, “Oskar” mükafatı laureatı Nikita Mixalkov “Beş gecə”, “Piano üçün yarımçıq qalmış pyes” “Oblomovun həyatından bir neçə gün”, “Şahidlərsiz”, “Qara gözlər”, “Urqa”, “Günəşdən usanmışlar”, “Sibir bərbəri”, “12”, “Günvurma” və bir çox başqa filmlərin müəllifi, Kann, Venesiya kimi kino festivallarının qalibidir.