"Borc götürüb, mahnı yazdırmışam"

"Borc götürüb, mahnı yazdırmışam"
1667 dəfə oxunub
  • A-
  • A
  • A+

“Kişi üçün həyatda hər şey çətindir. Ailə saxlamaq, ataya-anaya baxmaq hamısı mənim üstümdədir. Hərdən danışırlar ki, müğənnilərə nə var, mikrofonu götürüb oxuyur. Amma bu səviyyəyə gəlmək üçün nələr etmişəm: borc götürüb, mahnı yazdırmışam, klip çəkdirmişəm. Toy olmasa, sponsorsuz heç bir müğənni qazana bilməz”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Kərim Abbasov “Onlar”a açıqlamasında deyib. O, paxıllığını çəkənlərdən danışıb:

“İndi də hərdən nəsə etmək istəyirəm, baxıram pul yoxdur. Dostdan borc alıram, onu da qazanıb 1 aya qaytarmalıyam. O qədər yolumu kəsən, pisliyimi istəyən var ki... Hərdən bezirəm, çıxıb xarici ölkəyə getmək istəyirəm. Deyirəm təkərqaraldan, ofisiant işləyim, orada məni tanıyan yoxdur. Amma gözləmədiyim yerdən qapı açılır”.

K.Abbasov əməkdar artist Mətanət İsgəndərli ilə duet hazırlayır. Onların oxuduqları bəstə “Fəryad” adlanır.