Azərbaycanlı xanım aparıcı: "İçkili idim, polis saxladı..."

Azərbaycanlı xanım aparıcı: "İçkili idim, polis saxladı..."
6933 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Elnarə Təhməzova “Bazar səhəri” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, aparıcı özü ilə bağlı maraqlı etiraflar edib. O, hətta içkili halda avtomobil sürdüyünü də deyib:

“Bir dəfə maşınla gəlirdim, polis saxladı. Azca içki içmişdim. Polis sənədlərimi istəyəndə, etiraf etdim ki, içkiliyəm. Deyir, axı bu təhlükəlidir? Deyirəm onsuz evim yaxındadır. Polis mənə elə hörmət etdi ki... Amma bir dəfə başqası məni ağladıb. Manikürdən gəlirdim, saxladılar, təhlükəsizlik kəmərini bağlamamşdım. Sənədlərimi verdim ki, cəzam nədirsə yazın. İsrar edir ki, maşını cərimə meydançasına aparacam. Deyirəm, mənim ora gedəcək qədər böyük günahım olmayıb. Əgər hər kəmər bağlamayanı ora aparsanız, meydançada yer qalmaz. Çox gərgin idim, onu təhqir edə, söyə bilmirdim. Əsəbdən ağladım”.