Tarkan Kayahanı ziyarət etdi - fotolar

Tarkan Kayahanı ziyarət etdi - fotolar
3783 dəfə oxunub
  • A-
  • A
  • A+
Tarkan və aktyor Əli Sunal ad gününü xərçəng xəstəliyindən müalicə aldığı xəstəxanada keçirməli olan müğənni Kayahanı ziyarət ediblər.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda reanimasiyada yatan sənətçinin 66 yaşı tamam olub.

Xəstəxanadan çıxarkən jurnalistlərin suallarını cavablandıran Tarkan “Həm böyük sənətkarın ad gününü qeyd etmək, həm də səhhətini öyrənmək üçün ziyarətinə gəldim” deyib.

O, reanimasiyada olduğu üçün Kayahanı görə bilmədiyini əlavə edib.