Bu sərgini çılpaq gəzmək lazımdır - fotolar

Bu sərgini çılpaq gəzmək lazımdır - fotolar
3791 dəfə oxunub
  • A-
  • A
  • A+

Avstraliyadakı Beynəlxalq İncəsənət Qalereyasında ancaq çılpaqların qatılacağı sərgi təşkil olunacaq.

Axşam.az CNN-ə istinadən xəbər verir ki, Avstraliyanın paytaxtı Kanberradakı Beynəlxalq İncəsənət Qalereyasında keçirilən qəribə sərgiyə 150-ə yaxın sənətsevər çılpaq qatılacaq.

Aprelin 1-dən 3-dək davam edəcək sərgiyə artıq 18 yaşından yuxarı olan 50 nəfər yazılıb.

Sərgidə 70 yaşlı amerikan sənətçi Ceyms Turrelin son işi “Retrospective” nümayiş ediləcək. Sənətçi insanların çılpaq qatılmasını xüsusilə istəyir, çünki işıqla insan bədəni arasındakı əlaqəyə inanır. O, insanın işığı D vitamin kimi dəri vasitəsilə qəbul etdiyini əsas gətirir və işığı qida olaraq görür.

Qeyd edək ki, sənətçinin Yaponiya və Avstraliyadan başqa dünyanın fərqli ölkələrində də bənzər sərgisi baş tutub.