Vüqar onu döydürənin adını açıqladı - video

Vüqar onu döydürənin adını açıqladı - video
19244 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir neçə gün əvvəl Moskvada meşədə döyülən müğənni Vüqar Muradov hadisə ilə bağlı açıqlama verib. 

Axşam.az-ın məlumatına görə, "Gündəlik" verilişinin qonağı olan ifaçı onu döydürən şəxsin adını açıqlayıb:

"Mənə qarşı təxribat edilib. Haqqımda söz çıxarılıb ki, guya mən imişlilər haqqında xoşagəlməz söz demişəm. Neçə il bundan əvvəl verilişlərin birində xanım sənətçi ilə qonaq idik. Mikrofonu mənə uzatdılar ki, sən oxu. Sən demə, o oxumalıymış. Proqram başa çatdıqdan sonra mənə yaxınlaşdı: "Xeyir ola sən mənim mikrofonumla oxuyursan?". Dedim, evdən gətirmisən? Sən də mənim kimi gənc ifaçısan, get, şərini məndən uzaq et. Başqa vaxt anası ilə birgə mənimlə dalaşıb, üzümü cırmaqlamışdı, sonra da polisə şikayət etmişdilər. Bir insanı döymək heç bir qanunda yoxdur. Moskvada məni vuranda axırda dedilər ki, sən imişlilərə söz atırsan? Bu hadisələri mənim başıma gətirən şəxs Fidan Süleymanovadır (gənc müğənni - red.). Məndən qisas alırdı. Fidan imişlilidir. O bölgədən olan dostlarım gəlib deyirdi ki, qız sənin haqqında danışır. Mən döyülən ərəfədə də Fidan Moskvada olub. Mən dövlətimə sığınıram. Qoçu deyiləm kimisə döyüm. Qanun cəzasın verəcək".

Efirə telefonla bağlanan F.Süleymanova "Adımı çəkməsi günahdır. Axıra qədər getsin, məsələyə aydınlıq gətirsin. Aramızda böyük problem var. Amma bu hadisədə əlim yoxdur. Məni və anamı başqa telekanalda pavilyonda təhqir etmişdi. Mən heç vaxt Rusiyada olmamışam. Əgər Vüqar bunu təsdiq etməsə onu məhkəmələrdə süründürəcəm" deyə, cavab verib.