İnək kəsənlərə 5 il həbs cəzası

İnək kəsənlərə 5 il həbs cəzası
1991 dəfə oxunub
  • A-
  • A
  • A+

Hindistanda inək kəsən 3 nəfər saxlanılıb.

Axşam.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, saxlanılan şəxslər 5 il müddətinə həbs edilə bilərlər.

Belə ki, hadisənin baş verdiyi Maharaştra ştatında martın 4-dən inək əti satan və ya ətlə tutulanlar həbs edilə, yaxud cərimələnə bilər.

Qeyd edək ki, əhalisinin sayı 1,2 milyard olan Hindistanda inəklər müqəddəs hesab olunur. Maharaştrada inək, buzov, buğa öldürmək qadağan edilib.

Qadağadan sonra ştatdakı bütün sallaqxanalar bağlanıb. Qadağa yerli müsəlman əhali tərəfindən narazılıqla qarşılanıb.