"Yeşilçam"ın tanınmış aktrisası vəfat etdi

"Yeşilçam"ın tanınmış aktrisası vəfat etdi
4011 dəfə oxunub
  • A-
  • A
  • A+
"Yeşilçam"ın məşhur aktrisası Ayla Arslancan 75 yaşında vəfat edib.

Axşam.az-ın acunn.com-a istinadən məlumatına görə, ağciyər xərçəngindən əziyyət çəkən sənətçi uzun müddətdir xəstəxanada yatırdı. O, "Züğürt Ağa", "Selamsız Bandosu", "Uçurtmayı Vurmasınlar" kimi filmlərdə, son dövrlərdə isə "Entelköy Efeköy'e Karşı", "Sihirli Annem", "Gümüş", "Romantik Komedi" və digər layihələrdə də yer alıb.

Əməkdar aktrisa Tvitterdəki hesabında son olaraq bunu yazıb:

"İşləməyi sevirəm"dən başqa nə deyə bilərəm, bilmirəm. 75 yaşım var, 20 yaşımdan bəri işləyirəm. Ölənə qədər də işləmək istəyirəm",
 
Türkiyənin tanınmış simaları sosial şəbəkələrdə A.Arslancanən ölümündən kədərləndiklərini ifadə ediblər.