Teoman boşandı

Teoman boşandı
1345 dəfə oxunub
  • A-
  • A
  • A+
12 illik dostluqdan sonra nikah masasına əyləşən, lakin cəmi 2 il ailəli qalan rok ifaçısı Teoman və həyat yoldaşı Ayşə Qaya boşanıblar.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Zeyno adlı 15 aylıq qızları olan cütlük “yola gedə bilmədikləri üçün” ayrılıb.

Boşanma ərizəsi ilə məhkəməyə müraciət edən Teoman vəkaləti Ayşəyə verilən qızı Zeynoya hər ay 1000 lirə (təxminən 400 manat) aliment ödəyəcək.

Cütlük bir-birinə qarşı hər hansı təzminat tələbi irəli sürməyib.