"Orasını-burasını göstərməklə "tutuzdurub" - Nadir

"Orasını-burasını göstərməklə "tutuzdurub" -  Nadir
3530 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Nadir Qafarzadə açıq-saçıq geyinənlərə irad tutub.

Axşam.az-ın məlumatına görə, “İncə maraqlar” verilişində qonaq olan sənətçi yenə də qalmaqallı açıqlamalar verib:

“İndiki gənclər müğənnilərin geyimindən örnək götürür. Uşaq böyüyür, televizordakı qısa ətəkli sənətçiyə baxır, onun kimi geyinir. Avropada küçəyə çıxırsan nə lüt, sinəsini, arxasını açan qıza, nə də hədsiz makiyaj edənə rast gəlmirsən. Bizimkilər küçədə göbək açır. Bir qarış ətək olar? Yay gələndə adam bilmir hara baxsın. Görəsən bu qız evdən bayıra çıxanda ata, qeyrətsiz qardaş demir ki, qızım, səni Allah öldürsün, bu nə geyimdir? Sonrada çıxıb hamı qeyrətdən, namusdan danışır. Toya əri ilə gələn xanım elə geyinir ki, mən baxanda utanıram. Bizim qadınlar məclisə gələndə "Gözəlçə" kinosunda küçədə dayanan qızlar kimi geyinir. Müğənnilərimizin biri səsi ilə, biri orasını-burasını göstərməklə "tutuzdurub". Tamaşaçı onu elə qəbul edib, qapalı geyinəndə insanlar təəccüblənir".