Televiziyadan uzaqlaşan Günaydan yeni fotolar

Televiziyadan uzaqlaşan Günaydan yeni  fotolar
10911 dəfə oxunub
  • A-
  • A
  • A+

“Xəzər” telekanalının keçmiş aparıcısı Günay Rəhimova tədbirlərin birində fotokameramıza tuş gəlib.
 
Axşam.az-ın əməkdaşı ilə söhbətində aparıcı efirlərə nə vaxt qayıdacağına qərar vermədiyini bildirib: 

“Dörd aydır televiziyadan uzaqlaşmışam. Sadə bir layihə ilə geri qayıtmaq istəmirəm. Daha səs-küylü bir veriliş düşünürəm. Əvvəllər xəbərlər aparırdım. Ardından şou verilişində çalışdım. İndi hansı sahəni seçəcəyimə qərar verməmişəm. Uzun fasilə verməyimin səbəbi də istiqamətimi müəyyənləşdirməkdir. Səmimi deyim, özümə xəbərləri yaraşdırıram, ürəyim isə fərqli layihə istəyir. Ətrafımdakılar da deyir ki, sənə ciddi verilişlər yaraşır”.

Foto: Ramin ASLANOV