21 yaşlı milyonçu çadırlarda yaşayır - fotolar

21 yaşlı milyonçu çadırlarda yaşayır - fotolar
3867 dəfə oxunub
  • A-
  • A
  • A+
Amerika Beysbol Liqində “Toronto Blue Jays”da forma geyinən 21 yaşlı Daniel Norris sadə həyat tərzi ilə diqqət çəkir.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, sponsorlardan əlavə klubdan ildə 2 milyon dollar alan beysbolçu təbiət qoynunda yaşamağı üstün tutur. Yeməklərini qaladığı ocaqda bişirən Daniel çadırlarda yaşayır, saqqalını isə balta ilə qırxır.

Komandası ilə 2 milyon dollarlıq sazişi olan amerikalı idmançı bahalı avtomobillərdən, lüks restoranlara getməkdən imtina edib. O, yaşamaq üçün Çin fəlsəfəsini örnək götürdüyünü deyib.

Komandanın meneceri Con Gibbons Danielin işinin öhdəsindən layiqincə gəldiyini və onun belə həyat tərzinin karyerasına heç bir maneə törətmədiyini bildirib.