"Ciyiltili səslə oxuyur, özünü elə yuxarıdan aparır ki..."

"Ciyiltili səslə oxuyur, özünü elə yuxarıdan aparır ki..."
6827 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Gülay Zeynallı şou-bizneslə bağlı açıqlamalar verib.

Axşam.az-ın məlumatına görə, sənətçi “Onlar”a müsahibəsində sənəti olmayıb, qalmaqalla gündəmə gələnlərdən danışıb:

“Baxırsan efirdə nə gəldi danışırlar, ona-buna söz atırlar. Ciyiltili səslə oxuyur, sənəti yoxdur, özünü elə yuxarıdan aparır ki... Görəsən, belələrinin yanında bizim xalq artistlərimiz nə etsin?  Birinci onu deyim ki, bu sənətin zirvəsi yoxdur. İkinci də gərək azdan-çoxdan sənətin olsun ki, danışmağa haqqın çatsın. Həyatda necəyəmsə, efirdə də eləyəm. İndiki zəmanədə özünü bəzilərinin yanında yuxarıdan aparmalısn”.

Yeniliklərindən xəbər verən G.Zeynallı ərəb üslubunda, estrada janrında yeni mahnı təqdim edəcək.