Azərbaycanlı müğənni 18 kiloqram arıqlayıb - fotolar

Azərbaycanlı müğənni 18 kiloqram arıqlayıb -  fotolar
7866 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Lətifə Soyuöz 18 kiloqram arıqlayıb.

İfaçı Axşam.az-ın əməkdaşı ilə söhbətində ana olduqdan sonra xeyli kökəldiyini deyib:

“Bayramda paxlavadan, şəkərburadan imtina etdim. Bircə qoğal yeyirdim. Onu da üç yerə bölürdüm. Ana olduqdan sonra 18 kiloqram arıqlamışam. Hazırda çəkim 65-dir. Hələ 5 kiloqram da arıqlayacam. Ondan sonra "stop" deyəcəm. Çox arıq olmaq mənə yaraşmır. Gözəllik üçün nələrəsə əl atmağı eyib bilmirəm. Lazım gələndə plastik əməliyyat da etdirəcəm. Hər bir xanım özünü cazibədar hesab etdiyindən daim baxımlı olmağa çalışır”.

Geyimlərindən danışan L.Soyuöz onları özəl olaraq tikdirdiyini deyib:

“Geyimin qiyməti önəmli deyil. Əsas mənə yaraşmağıdır. Libaslarımın əksəriyyəti özəl olaraq mənim üçün tikilir. Müğənni fərqlənməlidir: həm geyimində, həm ifasında. Ona görə də modelyerlə işləməyə üstünlük verirəm”.

Sərvər MEHTİYEV

Foto: Ramin ASLANOV