Dünyanın qaranlığa büründüyü an - fotolar

Dünyanın qaranlığa büründüyü an - fotolar
3162 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən şənbə “Yer saatı” (“Earth Hour 2015”) beynəlxalq kampaniyası baş tutub.

Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) keçirdiyi beynəlxalq tədbir hər il martın son şənbə günündə keçirilir. “Yer saatı” təbiətə qayğıkeş münasibətin, planetimizin məhdud resurslarına qayğının rəmzidir.

Bu, bəşəriyyət tarixində ən kütləvi ictimai aksiyadır. Aksiya çərçivəsində insanlar iqlim dəyişikliyi probleminə diqqəti artırmaq üçün bir saatlığa işığı və həmin vaxt vacib olmayan digər elektrik cihazlarını söndürür. “Yer saatı” zamanı aksiyada iştirak edən böyük şəhərlərin rəmzi olan binaların da işıqları söndürülür.

Bu aksiya ilk dəfə 2007-ci ildə Sidneydə keçirilib.

Ümumdünya Vəhşi Təbiət Fondunun məlumatına görə, bu il “Yer saatı” aksiyasında dünyanın 156 ölkəsinin sakinləri iştirak edəcəklər.

2011-ci il martın 26-da Bakının rəmzi olan Qız qalasında və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda bir saat ərzində işıqlar söndürülüb və beləliklə, Azərbaycan bu qlobal kampaniyanı dəstəkləyən ölkələrin sırasına daxil olub.

Axşam.az dünyanın ən məşhur şəhərlərində keçirilən kampaniyanın builki fotolarını təqdim edir.