Eldarın balaca duet ortağı - video+fotolar

Eldarın balaca duet ortağı -  video+fotolar
1227 dəfə oxunub
  • A-
  • A
  • A+
"Bu mənəm-2" layihəsinin budəfəki iştirakçıları “Eurovision 2011" qalibi Eldar Qasımov və uşaq "Eurovision" yarışmasının Azərbaycan təmsilçisi Rüstəm Kərimov olub. 

Axşam.az-ın məlumatına görə, onlar birlikdə "Gülümsə" mahnısını səsləndirib. 

Layihə rəhbərləri, verilişdə oxunan duetlərin musiqi müəllifləri Bəbir və Ülviyyə Bəbirli ifaçılarla bağlı fikirlərini bölüşüb:

"Eldar mahnının aranjimanından tutmuş, məşq proseslərinə kimi hər bir işdə bizimlə oldu. Digər həmkarları qədər böyük həvəslə layihəyə dəstək göstərdi".

Qeyd edək ki, mahnının sözləri Ruhiyyə Rüstəmovaya məxsusdur.

Başa çatmaqda olan “Bu mənəm-2” layihəsi çərçivəsində istedadlı uşaqlara dəstək göstərən sənətçilər arasında Eldar Qasımovla yanaşı əməkdar artist Tünzalə Ağayeva, Lalə Məmmədova, müğənni Samira Allahverdi, Təranə Mahmudova, Gülnaz İsmayılova, Zamiq Hüseynov, Günay İbrahimli, Əbdül Xalid, Əkbər və Gülnar Rəhman yer alıb.