"Məni güldürən yeganə insan Arda Turandır"

"Məni güldürən yeganə insan Arda Turandır"
2698 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Burcu Əsmərsoy özü ilə bağlı maraqlı açıqlamalar verib.

Axşam.az-ın “Posta”ya istinadən məlumatına görə, şəxsi həyatından danışan aparıcı özünü sevgidə bəxti gətirməyənlərdən hesab edir:

“Sevdiyim adamdan uşağımın olmasını istəyirəm. Belə biri var idi, amma ayrıldıq. Eşqlə iş - ikisi bir arada olmur. İllərlə sınadım, amma bacarmadım”.

Burcu ən yaxın dostunun futbolçu Arda olduğunu və onu çox güldürdüyünü bildirib:

“Arda Turan dünyanın ən gülməli insanıdır. Mənə danışmağa imkan vermir. Ancaq özü danışır. Dar günümdə məni güldürən yeganə insandır. Hər matçdan əvvəl telefonla danışırq. Hansı oyunda olmursa, çox əsəbləşir”.